Azərbaycandan qaçan bank rəhbəri 115 milyon manat oğurlayıb
11 yanvar 2018 17:24 (UTC +04:00)

Azərbaycandan qaçan bank rəhbəri 115 milyon manat oğurlayıb

0

“Bank Standard” QSC Kommersiya Bankınıın İdarə Heyətinin sabiq sədri, barəsində  beynəlxalq axtarış elan edilmiş Səlim Kirmanın banka nə qədər ziyan vurduğu məlum olub.

 

Lent.az-ın məlumatıma görə, bu barədə “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun ittiham aktında məlumat var.

 

S.Kirman ümumilikdə 41 epizod üzrə təqsirli bilinərək, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, “Bank Standard” QSC-yə məxsus 104 milyon 757 min 155 manatlıq əmlakı və 10 milyon 749 min 500 manat vəsaiti ələ keçirib.

 

Onu da qeyd edək ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Kirmanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Kirmanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, "İnterpol" xətti ilə axtarışa verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar