Azərbaycanda baldızını bıçaqlayan şəxsi döyə-döyə öldürdülər
27 iyun 2013 12:30 (UTC +04:00)

Azərbaycanda baldızını bıçaqlayan şəxsi döyə-döyə öldürdülər

Ağcabədi rayonunda qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qaravəlli kəndində qayınanasının evinə gələn İslam Əliyev adlı şəxs burada baldızı ilə dalaşıb. İ.Əliyev baldızı Əfruz Əmiraslanovaya bıçaqla xəsarət yetirib. Bunu görən Ə.Əmiraslanovanın qohumu 41 yaşlı Qabil Heydrov iri ağac parçası ilə İ.Əliyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Əliyev hadisə yerindəcə keçinib.

 

Q.Heydərov tutulub. Hadisənin təfərrüatları hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3091
avatar

Nizam Rza

Oxşar yazılar