Azərbaycanda “semiçka” oğruları tutuldu
02 mart 2015 13:01 (UTC +04:00)

Azərbaycanda “semiçka” oğruları tutuldu

Sumqayıtda xeyli miqdarda günəbaxan tumu oğurlayan şəxslər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, şəhər polis idarəsi və 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də “Patron” tum şirkətinə məxsus “Ford” markalı avtomobildən 80 qutu tum oğurlamış Corat qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Namiq Dadaşov, Qurban Yusifov və Teymur Fərəcov tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Oxşar yazılar