Azərbaycanda 2 nəfər özünü işlədiyi yerdə öldürdü
13 fevral 2018 09:52 (UTC +04:00)

Azərbaycanda 2 nəfər özünü işlədiyi yerdə öldürdü

Bakıda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Novxanı bağ massivində yerləşən villada gözətçi işləyən Mustafayev Ceyhun Eyvaz oğlu özünü asaraq intihar edib. O, evin zirzəmisində qara rəngli iplə özünü asıb.

 

Oxşar hadisə Xaçmazda da qeydə alınıb. Rayon mərkəzində yerləşən “Yelkən” kişi geyimləri mağazasında satıcı işləyən 1981-ci il təvəllüdlü Cəbrayılov Səxavət Alik oğlu özünü bel kəməri ilə asıb. Onun asılı vəziyyətdə qalmış meyiti işlədiyi yerdə aşkarlanıb.

 

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci( özünü öldürmə) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar