Daxili İşlər Nazirliyi piyadaların öldüyü qəzalarla bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 7-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Abdulla Bəşirov idarə etdiyi "QAZ-31105" markalı avtomobillə yolu keçən həmyerlisi Vüqar Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Bundan başqa iyunun 7-də saat 23 radələrində Samux şəhəri ərazisində hələlik müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Bəxtiyar Zeynalov vurulub və o, hadisə yerində ölüb.
Samux RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
*****
10:17
Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, şəhərin mərkəzində "QAZ 31" markalı avtomobil 47 yaşlı kişini vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb. Oxşar hadisə Samuxda da qeydə alınıb. Rayonun Hacıalılar kəndi ərazisində naməlum avtomobil 47 yaşlı kişini vurub öldürüb.
Hər iki faktla bağlı araşdırma aparılır.