Daxili İşlər Nazirliyi dünən baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 2-də saat 13 radələrində Ağstafa rayonunun Qarahəsənli kəndində Qazax rayon sakini Elbrus Mehdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakini Tofiq Namazovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Bundan başqa mayın 2-də saat 21 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şirvan şəhər sakini Bəxtiyar Sadıqov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Cəfərqulu Əmrahovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
*****
10:08
Dünən Bakıda və Ağstafa rayonunda ölümlə nəticələnən yol qəzaları baş verib. Lent.az xəbər verir ki, Bakının Qaradağ rayonunda, Ələtə gedən magistral yolun 69-cu kilometrliyində "KİA Sorento" markalı avtomobil qəza törədib. Nəticədə 55 yaşlı kişi ölüb. Ağstafa rayonunun Qarahəsənli kəndində isə "Mercedes"in altında qalan 81 yaşlı kişi ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.