Martın 9-da Bakı şəhərinin Binəqədi rayonunda intihar hadisəsi baş verib. Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Hökməli qəsəbəsində nömrəsiz evdə yaşayan 1972-ci il təvəllüdlü Əliyev Əli Məmməd oğlu özünü iplə asaraq intihar edib.
Oxşar hadisə Gəncə şəhərində də qeydə alınıb. Vaqif küçəsi, 9-cu dalan, mənzil 10 ünvanında yaşayan 1925-ci il təvəllüdlü Hümbətova Fizzə Ələkbər qızı yaşadığı mənzildə özünü asaraq intihar edib.
Hər iki aktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.