Dəhşətli qəzada ölən oğlan BDU-nun tələbəsi imiş - FOTOLAR
19 fevral 2018 10:21 (UTC +04:00)

Dəhşətli qəzada ölən oğlan BDU-nun tələbəsi imiş - FOTOLAR

Dünən səhər saatlarında Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində baş verən dəhşətli qəzada ölən 18 yaşlı Asif Qardaşovun Bakı Dövlət Universitetinin tələbəsi olduğu məlum olub. Lent.az xəbər verir ki, keçən il Masallının Boradigah qəsəbəsində orta məktəbi bitirən Asif Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1-ci kursunda təhsil alırmış və dünən ikinci semestr dərslərindən iştirak etmək üçün rayondan Bakıya gəlirmiş.

 

Məlum olub ki, Asif ailənin iki övladından biri olub. Onun qardaşı da keçən il baş vermiş ağır yol qəzasında vəfat edibmiş.

 

Qeyd edək ki, dünən Salyanda Masallı rayonunun Boradigah qəsəbə sakini, 57 yaşlı Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi 44 BM 994 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən 90 JP 203 dövlət nömrə nişanlı 57 yaşlı Bakı şəhər sakini Natiq İdayət oğlu Əliyevin idarə etdiyi “Nissan” markalı avtokranla toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Masallı rayon Boradigah qəsəbə sakini Şəbnəm Seydulla qızı Musayeva və həmin qəsəbədən olan digər sərnişin - 18 yaşlı Asif Vaqif oğlu Qardaşov aldıqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - Boradigah sakinləri 50 yaşlı Nurəliyeva Gülzar Firudin qızı və 30 yaşlı Ağarəhimov Amin Həbibulla oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına terləşdiriliblər. Yuxarı sağ ətrafından ağır xəsarət alan Gülzar Nurəliyeva hazırda əməliyyata götürülüb.

 

Hadisənin avtokranın ötmə əməliyyatında olarkən onunla eyni istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşması nəticəsində baş verdiyi deyilir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

 

*****

 

18 fevral

 

Bu gün səhər saat 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Masallı rayonunun Boradigah qəsəbə sakini, 57 yaşlı Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi 44 BM 994 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən 90 JP 203 dövlət nömrə nişanlı 57 yaşlı Bakı şəhər sakini Natiq İdayət oğlu Əliyevin idarə etdiyi “Nissan” markalı avtokranla toqquşub.

 

Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Masallı rayon Boradigah qəsəbə sakini Şəbnəm Seydulla qızı Musayeva və həmin qəsəbədən olan digər sərnişin - 18 yaşlı Asif Vaqif oğlu Qardaşov alıdqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - Boradigah sakinləri 50 yaşlı Nurəliyeva Gülzar Firudin qızı və 30 yaşlı Ağarəhimov Amin Həbibulla oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına terləşdiriliblər. Yuxarı sağ ətrafından ağır xəsarət alan Gülzar Nurəliyeva hazırda əməliyyata götürülüb.

 

Hadisənin avtokranın ötmə əməliyyatında olarkən onunla eyni istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşması nəticəsində baş verdiyi deyilir.

 

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

9 fevral 2025 , 01:53
Bakıda AĞIR QƏZA

Bakıda AĞIR QƏZA

9 fevral 2025 , 00:56
Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21
Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

8 fevral 2025 , 19:17
Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

8 fevral 2025 , 18:07