Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi avtobusun yüklərinə rentgen qurğusu ilə baxış keçirilib.
Baxış zamanı həmin yüklərə daxil olan karton qutuda müxtəlif naməlum qarışıq predmetlər görünüb. Sonra həmin qutudakı əşyalar xidməti itin tətbiqi ilə təkrar yoxlanılıb.
Yoxlama nəticəsində xidməti it karton qutuda olan surətçıxarma qurğusunun katricinə reaksiya verib. Katricə baxış zamanı isə onun içərisindəki tozşəkilli boya olan boşluğundan 1 ədəd bağlamada, xalis çəkisi 315,970 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.