Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Kazan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı İsaq Fərəcov onlardan sellofan paketlərdə olan malları qəbul edib və arabaya yığıb getmək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış və həmin mallara gömrük baxışı keçirilib.
Malların yoxlanılması zamanı İ.Fərəcovun qarşıladığı sərnişinlərdən qəbul etdiyi 2 ədəd sellofan paketdən Azərbaycanın aksiz markası ilə markalanmayan 3 adda, cəmi 400 qutu xarici markalı siqaret aşkar olunub
Faktla bağlı izahatında İ.Fərəcov Kazan-Bakı aviareysi ilə gələn qohumu Elnur Əhədovu qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldiyini, orada ona göndərilən siqaretləri ayrı-ayrı sərnişinlərdən qəbul etdiyini və həmin siqaretlərin bir hissəsinin şəxsi istifadə məqsədilə, qalanlarının isə hədiyyə olaraq nəzərdə tutulduğunu bildirib.
Faktla bağlı təhqiqat aparılır.