Azərbaycana keçirilən külli miqdarda partlayıcı maddə ələ keçirildi
28 dekabr 2015 14:17 (UTC +04:00)

Azərbaycana keçirilən külli miqdarda partlayıcı maddə ələ keçirildi

 

Azərbaycana külli miqdarda partlayıcı maddələrinin gətirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində 13200 ədəd pirotexniki vasitə Mehtiyev Samir Vaqif oğlunun idarə etdiyi “Opel Astra” markalı 99BE228 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində olan meyvə kisələrinin içərisindən və mühərrikxanasından, 7000 ədəd pirotexniki vasitə Hüseynov Azər Asif oğlunun idarə etdiyi “Mercedes Benz E220CDİ” markalı 99DR806 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində olan kartof kisələrinin altından və ön oturacağın söykənəcəyindən, 12800 ədəd pirotexniki vasitə Əhmədov Natiq Əhməd oğlunun idarə etdiyi “BMW 520” markalı 10UR511 dövlət nömrə nişanlı minik avtomobilinin sağ və sol qanadlarının içərisindən , 57600 ədəd pirotexniki vasitə Ələkbərov Əbülfəz Natiq oğlunun idarə etdiyi “VAZ 21703” markalı 20DK560 dövlət nömrə nişanlı minik avtomobilinin hər dörd qapısının və arxa bamperinin içərisindən aşkar edilərək götürülüb. İsmayılov Elyar Dilqəm oğlu isə avtomobilinin açıq şəkildə müşahidə olunması mümkün olmayan bütün bölmələrini pirotexniki vasitə və tezalışan mallarla yükləyib. Belə ki, onun idarə etdiyi “Peugeot-406” markalı 05BE355 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerinin yan divarlarından, mühərrikxanadan, qapıların içərisindən, arxa oturacağın altından, ehtiyyat təkərin və arxa bamperin içərisindən 82570 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

 

Nəbiyev Mahmud Babaş oğlunun idarə etdiyi “BMW 520” markalı 10XT053 dövlət nömrə nişanlı minik avtomobilin yan qanadlarının içərisindən 14220 ədəd, Osmanov Sönməz Abxaz oğlunun idarə etdiyi “Ople ASTRA” markalı 99CB971 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonundan, yan sağ-sol divar örtüklərinin içərisindən, matorxanadan, yük yerindəki ehtiyyat təkərinin içərisindən 4934 ədəd, Aslanov Yasəf Yusif oğlunun idarə etdiyi “Ford-Transit” markalı 99XD619 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük hissəsi olan üzlüklərin arxasından 11770 ədəd, Yusifov Vüsal Zərqəm oğlunun idarə etdiyi “VAZ-21061” markalı 10FG450 dövlət nömrə nişanlı minik avtomobilin sağ və sol qanadlarının içərisindən 3750 ədəd, İbrahimov Elsevər Vahid oğlunun idarə etdiyi “Opel Vectra” markalı 90NG418 dövlət nömrə nişanlı minik avtomobilinin ön panelinin içərisindən 3100 ədəd, Xudiyev Adil Rəhim oğlunun idarə etdiyi “OPEL CORSA” markalı 99CC613 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda olan əl yüklərinin içərisindən 12004 ədəd, Hüseynov Vidadi Zakir oğlunun idarə etdiyi “VAZ 21043” markalı 20CX439 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda arxa oturacaqlarının içərisindən 2443 ədəd, Vəliyev Rauf Akif oğlunun idarə etdiyi “Chevrolet Aveo” markalı 20DM977 dövlət nömrə nişanlı minik avtomobilinin arxa oturacağın söykənəcəyinin içərisindən 28800 ədəd, Məmmədov Niyazi Baba oğlunun üzərindən 160 ədəd, İsakov Asif Hünbət oğlunun idarə etdiyi “VAZ-21074” markalı 10SF857 dövlət nömrə nişanlı minik avtomobilinin sağ və sol qanadlarının içərisindən 765 ədəd, Abdullayev Nicat Aşıq oğlunun idarə etdiyi “VAZ-21063” markalı 57BH543 dövlət nömrə nişanlı minik avtomobilinin 816 ədəd, Mahmudov Natiq Əhmədoğlununidarə etdiyi “VAZ 21074” markalı 57BN456 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda torpedanın içərisindən, motorxanadan və ehtiyyat təkərinin içərisindən 6854 ədəd, Əsgərov Nəriman Ağa oğlunun idarə etdiyi “BMW 528” markalı, 90-MK-156 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsində sağ və sol təkərlərin üstündə 3090 ədəd, Qocayev Samir Şahin oğlunun idarə etdiyi “Mercedes Benz 240” markalı 90VG340 dövlət nömrə nişanlı minik avtomobilinin arxa oturacağın söykənəcəyi ilə yük yeri arasından 12236 ədəd, İsayev Yaşar İsa oğlunun idarə etdiyi “Vaz-21074” minik markalı 35BF759 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində örtüyün altında 1705 ədəd, Ömərov Elçin Vaqifəli oğlunun idarə etdiyi “Mercedes Benz C180” markalı 99FE318 dövlət nömrə nişanlı minik avtomobilinin yan qanadlarının və arxa qapılarının içərisindən 24600 ədəd, Nəsibov Mehman Abdulla oğlunun idarə etdiyi “Opel Vectra C-Signum” markalı 35BH134 dövlət nömrə nişanlı minik avtomobilinin ön oturacağının arxa söykənəcəyinin və ön panelin içərisindən 10750 ədəd, Məmmədov Rafiq Baba oğlunun idarə etdiyi “VAZ-21093” markalı 09BL075 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində olan ərzaq kisələrinin arxasından və oturacaqların altından 1236 ədəd, Əliyev Teymur Əli oğlunun idarə etdiyi “Mercedes-Benz C180” markalı 35BX728 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda arxa oturacaqlarının arxasında xüsusi düzəldilmiş yerdən 40800 ədəd, İsayev Şamil Nazar oğluna məxsus olan çantadan 1200 ədəd, Musayev Samir İsə oğlunun idarə etdiyi “Mercedes Benz 200” markalı 90LF362 dövlət nömrə nişanlı minik avtomobilinin arxa oturacağın altından, ehtiyyat təkərin içərisindən və mühərrikxanadan isə 17000 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür.

 

Ümumilikdə Tovuz Gömrük İdarəsinin əməkdaşları 26 fakt üzrə 25 avtomobildən və 1 vətəndaşın üzərindən 375 403 ədəd pirotexniki vasitə və tez alışan mallar aşkar edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374
avatar

Səlcuq Elçin

Oxşar yazılar