Gömrükdə qanunsuz telefonlar aşkarlandı
21 oktyabr 2016 15:47 (UTC +04:00)

Gömrükdə qanunsuz telefonlar aşkarlandı

0

Azərbaycana gizli şəkildə mobil telefonlar keçirən şəxs saxlanılıb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən, 19 ədəd “Samsung Galaxy J1 mini”, 5 ədəd “Samsung Galaxy J1” və 6 ədəd “Samsung Galaxy J3” markalı telefonlar,  avtomobilin ön sağ təkərindən isə 30 ədəd “Samsung” markalı adaptelər aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar