Dövlət Sərhəd Xidmətinin əməkdaşları mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Lent.az DSX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 29-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 338 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Sierra Lion Respublikası vətəndaşları 1982-ci il təvəllüdlü Jallo Kemoh və 1989-cu il təvəllüdlü Kargbo Abu Bakarr, Almaniya vətəndaşı Şharestani Bernd İsfendior və İspaniya vətəndaşı Diyez Paskual Pablo adlı şəxslərə verilmiş vizaları şəxsi pasportlarına vurdurmaqla saxta sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
Araşdırma aparıldıqdan sonra hər iki şəxs “Bakı-İstanbul” reysi ilə geri qaytarılıb.