Azərbaycan yollarında bir günün hökmü: <span style="color:red;">11 ölü, 17 yaralı
07 aprel 2014 12:08 (UTC +04:00)

Azərbaycan yollarında bir günün hökmü: 11 ölü, 17 yaralı

Şənbə günü Azərbaycan yollarında baş vermiş qəzalarda 11 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 5-də Respublika yollarında ümumilikdə 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 11 nəfər həlak olub, daha 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Gəncə şəhərində “VAZ 21 015”in “KamAZ”açırpılması nəticəsində 6, Ağstafada “Vaz 21 06”nın dəmir yolu körpüsündən aşması nəticəsində isə 2 nəfər həlak olub. Martın 5-də Bakının Xətai və Nəsimi rayonlarında da ölümlə nəticələnən qəzalar qeydə alınıb.

 

Baş Dövlət Yol Polisindən o da bildirilib ki, bazar günü ölkə ərazisində ölümlə nəticələnən qəza olmayıb. Gün ərzində ümumilikdə 6 yol qəzası baş verib və 14 nəfər yaralanıb.

# 2601
avatar

Nizam Rza

Oxşar yazılar