Azərbaycan vətəndaşlarının Misirdən təxliyə olunması üçün tədbirlər görülür. APA-nın Azərbaycan XİN mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Misirdə baş verən hadisələr ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti tərəfindən Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərinə təlimat verilib.
XİN məlumatında qeyd olunub ki, Azərbaycan vətəndaşlarının təxliyəsinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.