APA-nın “İnterfax”a istinadən xəbərinə görə, imzalanma mərasimində iki ölkənin prezidentləri İlham Əliyev və Vladimir Putin iştirak ediblər.
Sənədlər mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, eləcə də humanitar sahədə əməkdaşlıq məsələlərini əhatə edir.
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında 2013-2015-ci illər üçün kompleks əməkdaşlıq planı imzalanıb.
İki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov 2015-ci ilədək humanitar sahədə əməkdaşlıq proqramını imzalayıblar.