APA-nın məlumatına görə, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto açıqlama verib. Onun sözlərinə görə, prezidentlərin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafı üçün çox vacibdir. P. Atiyanto səfərlərin təşkili ilə bağlı danışıqların getdiyini deyib: “Səfərlər çox güman ki gələn ildən baş tutacaq”.