Azərbaycan torpaqlarında erməni əsgəri öldü - YENİLƏNİB
21 may 2014 15:51 (UTC +04:00)

Azərbaycan torpaqlarında erməni əsgəri öldü - YENİLƏNİB

İşğal olunmuş Dağlıq Qarabağda, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni hərbçi güllə yarası alaraq ölüb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Artur Oqancanyan adlı əsgər təmas xəttinin cənub istiqamətində ölümcül yaralanıb. Separatçı rejimin “Müdafiə Nazirliyi” faktla bağlı araşdırma aparılacağını açıqlayıb.

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, erməni hərbçi Azərbaycan tərəfindən vurulmayıb.

 

*****

 

15:45

 

Azərbaycanın işğal altında olan ərazilərində yerləşən erməni hərbi hissəsində erməni əsgər ölüb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Qarabağdakı hərbi hissələrdən birində quluq edən 23 yaşlı Artur Ohacanyan güllə yarası alıb.

                   

 

Erməni əsgər döyüş mövqeyində ölüb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293
avatar

Oxşar yazılar