Azərbaycan tərəfə keçən erməni ölkəsinə qaytarılıb - <span style="color:red;">YENİLƏNİB
10 aprel 2014 16:09 (UTC +04:00)

Azərbaycan tərəfə keçən erməni ölkəsinə qaytarılıb - YENİLƏNİB

Bir ay əvvəl qoşunların təmas xəttini keçən Ermənistan vətəndaşı ölkəsinə təhvil verilib.


 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mətbuat katibi İlahə Hüseynovanın APA-ya verdiyi məlumata görə, Ermənistanın Tavuş vilayəti Berd rayonu Varin Qarmiraxbuyr kənd sakini, 09.03.1991-ci il təvəllüdlü Xocayan Arsen Ananyeviç ölkəsinə təhvil verilib.


Qeyd edək ki, A. Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.

 

 

# 681
avatar

Oxşar yazılar