Azərbaycan pulemyotu Malayziyadakı sərgidə
10 aprel 2014 12:43 (UTC +04:00)

Azərbaycan pulemyotu Malayziyadakı sərgidə

Azərbaycan Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində gələn həftə keçiriləcək DSA-2014 beynəlxalq müdafiə sərgisində yerli müəssisədə istehsal olunmuş universal hücum pulemyotunu ilk dəfə nümayiş etdirəcək.

 

APA-nın məlumatına görə, 7,62 mm çaplı pulemyot Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanıb.

 

Yeni pulemyotun hazırda Azərbaycan da daxil olmaqla, çox sayda dövlətin silahlanmasında yer alan «Kalaşnikov» pulemyotundan (PK) əhəmiyyətli şəkildə fərqləndiyi bildirilir.

 

Universal hücum pulemyotu MSN-in 2013-cü ildə ilk dəfə Türkiyədə İDEF sərgisində nümayiş etdirdiyi HP-7.62 pulemyotuna bənzəsə də, lüləsi daha uzundur.

 

Yeni pulemyotun texniki-taktiki göstəriciləri barədə əlavə məlumatlar sərgidə təqdim olunacaq.

 

Qeyd edək ki, aprelin 14-dən 17-dək keçiriləcək DSA-2014 sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi 132 adda məhsul nümayiş etdirəcək. Nazirlik müəssislərində istehsal olunan müxtəlif çaplı atıcı silahlar, döyüş sursatları, müdafiə təyinatlı məmulatlar, habelə bir sıra texnikaların broşürləri də sərgi iştirakçılarına təqdim olunacaq.

 

Sərgidə dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın istehsalçı şirkət öz məhsullarını nümayiş etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Oxşar yazılar