Azərbaycan prezidenti İlham Əliyev Norveç kralı Əlahəzrət V Haralda təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, məktubda deyilir:
“Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Norveç dostluğunun daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.