Azərbaycan ordusunun əsgəri xəstəlikdən öldü
02 mart 2015 13:08 (UTC +04:00)

Azərbaycan ordusunun əsgəri xəstəlikdən öldü

0

Azərbaycan ordusunun əsgəri xəstəlikdən vəfat edib. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.

 


Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır. Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.

 


Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 181

Oxşar yazılar