Azərbaycan Ordusu rus hərbçini zərərsizləşdirdi
14 may 2013 11:44 (UTC +04:00)

Azərbaycan Ordusu rus hərbçini zərərsizləşdirdi

Qarabağdakı fəaliyyətlərinə görə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən təltif olunmuş Bolotnikov aprelin 25-də Ağdam rayonunun Mərzili kəndi istiqamətində vurulub


 

Cəbhə xəttində erməni diversiya qruplarını və snayperlərini hazırlayan rus hərbçi Azərbaycan snayperləri tərəfindən zərərsizləşdirilib.

 

APA-nın öz hərbi mənbələrindən əldə etdiyi məlumata görə, hadisə aprelin 25-də Ağdam rayonunun Mərzili kəndi istiqamətində baş verib. Azərbaycan snayperlərinin sərrast atəşi ilə Dağlıq Qarabağda erməni snayperlərini və diversiya qruplarını hazırlayan Bolotnikov soyadlı rus hərbçi ağır yaralanıb.

 

Sonradan aparılan dəqiqləşdirmələr zamanı rus zabitin uzun müddətdir, Qarabağdakı erməni snayperlərinə təlimlər keçdiyi, həmçinin onun tərəfindən indiyədək bir neçə Azərbaycan hərbçisinin vurulduğu məlum olub. O, Qarabağdakı fəaliyyətlərinə görə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən ötən il təltif olunub.

 

Bu, son 10 ildə işğal altındakı Azərbaycan ərazilərində, cəbhə xəttində zərərsizləşdirilmiş, Ermənistan Ordusu sıralarında döyüşən ilk rus hərbçisidir. Bundan əvvəl, 1992-1994-cü illərdə - I Qarabağ müharibəsi zamanı Ermənistan Ordusunun və Dağlıq Qarabağdakı silahlı qrupların hazırlanmasında iştirak edən xeyli sayda rus hərbçisi məhv edilib.  

 

Ümumilikdə aprel ayı ərzində cəbhə xəttində 8 erməni hərbçisi zərərsizləşdirilib. Onlardan 4 nəfərinin öldüyünə dair məlumatlar mövcuddur. Eyni zamanda, Tovuz rayonunun Ağdam kəndi istiqamətində ermənilərin bir ədəd «Niva» və bir ədəd ZİL markalı nəqliyyat vasitəsi də vurularaq sıradan çıxarılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4611
avatar

Oxşar yazılar