Azərbaycan 14 məhbusu İrana təhvil verib
06 aprel 2014 23:06 (UTC +04:00)

Azərbaycan 14 məhbusu İrana təhvil verib

Azərbaycan həbsxanalarında cəza çəkən 14 məhbus İrana təhvil verilib.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin konsulu Seyid Möhsün Molayi açıqlama verib.

 

Onun sözlərinə görə, proses aprelin 6-da Astara sərhəd-keçid məntəqəsində İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqaviləyə əsasən həyata keçirilib: “Bu məhbuslar narkotik maddələrin alqı-satqısı və ya daşınması ittihamı ilə həbs edilərək, azadlıqdan məhrum olunublar. Bundan sonra onlar həbs cəzalarının qalan hissəsini İran həbsxanalarında çəkəcəklər”.

 

M.Molayi həmçinin deyib ki, Azərbaycan həbsxanalarında cəza çəkən daha 9 məhbusun tezliklə İrana təhvil verilməsi müvafiq qurumlarla razılaşdırılıb: “Hazırda Azərbaycan həbsxanalarında təxminən 200-ə yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotik maddələrin alqı-satqısı və daşınması ittihamı ilə həbs olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar