Aytacın qatilinin məhkəməsi başladı
17 avqust 2015 13:53 (UTC +04:00)

Aytacın qatilinin məhkəməsi başladı

0

Bakı Ağır Cinayətlər Məhkəməsində 11-ci sinif şagirdini qətlə yetirməkdə ittiham olunan Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İzzət Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə prosesi avqustun 21-ə təyin edilib. 

Qeyd edək ki, bu ilin aprelin 29-da Nizami rayonun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib.  Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Cinayəti törədən şəxs həbs edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar