Ayaqqabısında yarım kilodan artıq narkotik gizlətdi
Astara Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayaqqabısında qaçaqmal yolu ilə İran İslam Respublikasından yarım kiloqramdan artıq narkotik gətirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhəri Corat qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Rövşən Şükürov Astara şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı hər iki ayaqqabısının içərisindən qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə satış məqsədilə gətirdiyi ümumilikdə 505 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
438