Hüquq-mühafizə orqanlarının axtarışa verdiyi şəxs ölkədən çıxarkən yaxalanıb. Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışa verilmiş Alməmmədov Bəhram Rüstəm oğlu Qusar rayonundan Rusiyaya keçərkən sərhədçilər tərəfindən saxlanılıb. Daha sonra o, polisə təhvil verilib və Bakıya gətirilib.
Araşdırma aparılır.