Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP ali məclisinin üzvü Asif Yusifli və Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 3-nə təyin edilib.
Qeyd edək ki, hər iki şəxs cinayət məcəlləsinin 178-ci dələduzluq və 320-ci sənədləri saxtalaşdırma maddələri ilə ittiham edilir.