Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Murad Ədilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatrına görə, keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M. Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov ötən il avqustun 11-də tutulub. M. Ədilov AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır.