Bu gecə Bakı-Qazax magistralında baş vermiş ağır qəzada yaralanan sürücü xəstəxanada ölüb. Lent.az-ın məlumatına görə, magistral yolun 366-cı kilometrliyində, Göygöl rayonu ərazisində 1964-cü il təvəllüdlü İsgəndərov İsgəndər Qərib oğlunun idarə etdiyi "VAZ 21064" ilə Gürcüstan vətəndaşı, Süleymanov Ərzixan İsrafil oğlunun sürdüyü "Man" markalı avtobusun toqquşması nəticəsində ağır yaralanan minik avtomobilinin sürücüsü xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
02:28
Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusla “VAZ” markalı maşının toqquşması nəticəsində 1964-cü il təvəllüdlü İsgəndər İsgəndərov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.