Avtobus sürücüsünə bəraət verildi
10 yanvar 2017 15:15 (UTC +04:00)

Avtobus sürücüsünə bəraət verildi

171 nömrəli avtobusun sürücüsünə bəraət verilib.

 

 

Lent.az-a bu barədə vəkil Ceyhun Yusifov məlumat verib.

 

 

O, bildirib ki, hüquqlarını müdafiə etdiyi Camaləddin Həsənov Cinayət Məcəlləsinin 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham verilib: “ Müvəkkilim 171 nömrəli avtobusun sürücüsü olub. 2015-ci ildə Koroğlu metrostansiyasının yaxınlığında vətandaşı vurub. Ona istintaq orqanı tərəfindən hadisə yerindən qaçma ilə bağlı ittiham verilib. Nizami rayon Məhkəməsində  şahidlərin ifadəsindən sonra məlum olub ki, o, hadisə yerindən qaçmayıb. Hətta ilkin tibbi yardım göstərib. Hakim Elnur Nuriyev müvəkkilim barəsində bəraət hökmü çıxartdı”.

 

 

Vəkilin sözlərinə görə, istintaq orqanı Nizami rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib: “Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramov da işi araşdıraraq Nizami rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxladı və istintaq orqanın apellyasiya şikayəti təmin edilmədi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 110
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00