Avropa Oyunlarının açılışında yalan bomba xəbəri verən şəxs şikayətçidir
03 iyun 2016 10:10 (UTC +04:00)

Avropa Oyunlarının açılışında yalan bomba xəbəri verən şəxs şikayətçidir

0

Bakı Apellyasiya Məhkəməsində terrorçuluğa yalan məlumat verməkdə təqsirləndirilən Aydın Xudiyevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 16-na təyin edilib.

 

 

Qeyd edək ki, A. Xudiyev keçən il iyunun 12-də, I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112 - qaynar xətt" xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. A.Xudiyevin evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onu da qeyd edək ki, A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar