<b>Avropa Oyunlarının açılışında bomba var deyənə <span style="color:red;">7 İL CƏZA </b>
18 aprel 2016 15:41 (UTC +04:00)

Avropa Oyunlarının açılışında bomba var deyənə 7 İL CƏZA

0

 

Bu gün  Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat vermədə təqsirləndirilən 1960-cı il təvəllüdlü Aydın Xudiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Xudiyev 2015-ci ilin iyunun 12-də, I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində saxlanılıb. A.Xudiyevin evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar