Bakı Apellyasiya Məhkəməsində "Avropa" hotelində qətl törədən Sənan Quliyev və Mövlud Səfərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə düşüb
.
Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesin təxirə düşməsinə səbəb isə zərərçəkmişlərdən Ruslan Əfəndiyev, Ceyhun Nağıyev və təqsirləndirilən Sənan Quliyevin vəkili Vasif İsrafilov prosesdə iştirak etməməsi olub.
Qeyd edək ki, keçən il aprel ayının 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və hotelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.
Sənan Quliyev və Mövlüd Səfərovun hər birini Cinayət Məcəlləsinin 8 maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib.