Avropa İttifaqı və NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib
31 may 2013 17:41 (UTC +04:00)

Avropa İttifaqı və NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Prezident İlham Əliyev bu gün Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent. az-ın məlumatına görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Əməkdaşlığımızın siyasi, iqtisadi, enerji, birgə layihələrin həyata keçirilməsi, təhlükəsizlik, mədəniyyət və digər mühüm sahələri əhatə etdiyi bildirilib, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətli rolu qeyd olunub.
Görüşdə, həmçinin Avropa İttifaqı və NATO əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar