ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deç yanvarın 14-də Müsavat Partiyasının qərargahında Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüb.
Partiyadan APA-ya verilən məlumata görə, görüş zamanı əsasən yanvarın 13-də Lənkəran şəhərində Müsavat Partiyası başqanına edilən sui-qəsd cəhdi müzakirə olunub.
Görüşdə İctimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər Quliyev də iştirak edib.