Atəşkəs yenidən pozulub
09 aprel 2014 10:20 (UTC +04:00)

Atəşkəs yenidən pozulub

 

 

Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

 


Düşmən cavab atəşi ilə susdurulub.

# 337
avatar

Oxşar yazılar