Atəşkəs 130 dəfə pozulub
29 avqust 2015 10:06 (UTC +04:00)

Atəşkəs 130 dəfə pozulub

Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex, Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli, Qaymaqlı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə məruz qalıb.
 

Bundan başqa Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Nəmirli, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

# 154
avatar

Oxşar yazılar

Rüşvət alan yol polisi rəisi işdən QOVULDU

Rüşvət alan yol polisi rəisi işdən QOVULDU

17 aprel 2024 , 20:00
Həddindən artıq  su içib   öldü

Həddindən artıq su içib öldü

17 aprel 2024 , 19:07
Ana və oğlu  göldə boğuldular

Ana və oğlu göldə boğuldular

17 aprel 2024 , 18:45
Vətən müharibəsi iştirakçısı özünü asdı

Vətən müharibəsi iştirakçısı özünü asdı

17 aprel 2024 , 17:06
İtkin düşən uşağın meyiti tapıldı

İtkin düşən uşağın meyiti tapıldı

17 aprel 2024 , 15:49
Azərbaycanda RƏZALƏT:  əxlaqsız təklifə görə qollarını doğrayıb  Bakıya qaçdı

Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı

17 aprel 2024 , 15:27
Jurnalist Cəmil Məmmədliyə HÖKM OXUNDU

Jurnalist Cəmil Məmmədliyə HÖKM OXUNDU

17 aprel 2024 , 14:52
Telefon yanıb sahibini öldürdü

Telefon yanıb sahibini öldürdü

17 aprel 2024 , 14:43