Aşıq Namiqə pul atan şəxslərə cəza tələb edildi
"Aşıq Namiq"ə qarşı dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı başa çatıb.
Prokruror R.Babayevin 8 il və E.Həsənovun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, hər iki şəxsin məhkəmə zalında həbs edilməsini tələb edib.
Qeyd edək ki, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadaraq, 2015-ci il avqustun 18-də firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd kompüterləri satmaq üçün müştəriləri olduğunu deyib. Onlar anbardan R.Babayevin adına kompüterlərin çıxarılmasına nail olublar. Həmin malları başqa mağazaya sataraq şirkətin pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
Bundan başqa, hər iki təqdirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.
R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək onları aldadıblar.
Hər iki şəxsə polis nəzarətində qətimkan tədbiri seçilib.
Zərərçəkmiş şəxslərdən biri tanınmış aşıq Namiq Fərhadoğludur.
190