Aş qazanından 5 telefon çıxdı
19 avqust 2013 12:22 (UTC +04:00)

Aş qazanından 5 telefon çıxdı

Bakı İstintaq Təcridxanasına aş qazanında beş mobil telefonun keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi faktı aşkarlanıb.

 

Avqustun 18-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1995-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Fərid Sadiq oğlu Səfərliyə vətəndaş Muxtar İbrahim oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu vaxt 20 litrlik qazanın içərisində olan bişmiş aşın altında şəffaf sellofana bükülmüş, daxilində danışıq kartları olmayan 4 (dörd) ədəd “Nokia” və 1 (bir) ədəd “Blackberry” markalı mobil telefon aparatları aşkar olunaraq götürülüb.

 
Fakt üzrə araşdırma aparılır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3905
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21