Arvadını öldürən şəxs cəzasının yüngülləşməsini istəyir
24 mart 2015 11:28 (UTC +04:00)

Arvadını öldürən şəxs cəzasının yüngülləşməsini istəyir

 

Bakıda qısqanclıq zəminində arvadını öldürən 1984-cü il təvəllüdlü Ramin Qurbanov ona verilən cəzadan apelyasiya şikayəti verib. Lent.az-ın məlumatına görə, şikayət baxılmaq üçün hakim Əflatun Qasımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 3-ə təyin edilib.

 

Ramin Qurbanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətə azadlıqdan məhrum edilib.   

 
Qeyd edək ki, Ramin Qurbanov keçən il iyunun 16-da Xətai rayonunda həyat yoldaşı, 1987-ci il təvəllüdlü Dilbazi Tahir qızını bıçaqlayaraq öldürüb. Hadisə qısqanclıq zəminində baş verib.   


 
Bildirilir ki, Ramin Qurbanov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. O, həyat yoldaşını izləməyə başlayıb və bir müddət sonra məlum hadisəni törədib. 


Ramin Qurbanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. 
 . 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131
avatar

Səlcuq Elçin

Oxşar yazılar