Məhkəmə arvadını öldürən şəxsin cəzasını yüngülləşdirmədi
08 aprel 2015 17:58 (UTC +04:00)

Məhkəmə arvadını öldürən şəxsin cəzasını yüngülləşdirmədi

 

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Ağstafa rayon sakini, 1984-cü il təvəllüdlü Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Ramin Qurbanovun apelyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki,  Ramin Qurbanov ötən ilin iyunun 16-da Xətai rayonunda həyat yoldaşı, 1987-ci il təvəllüdlü Dilbazi Tahir qızını bıçaqlayaraq öldürüb. Hadisə qısqanclıq zəminində baş verib.

 

Belə ki, Ramin Qurbanov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. O, şübhələrini müəyyən etmək üçün həyat yoldaşını izləməyə başlayıb. Ramin Qurbanov izlədiyi müddətdə arvadının başqa bir kişi ilə münasibətdə olduğunu görüb. Bu səbəbdən də arvadını öldürmək qərarına gəlib. Həmin gün həyat yoldaşı ilə mübahisə edən Ramin Qurbanov cinayəti törədib. O, hadisəni törədəndən sonra polisə gələrək təslim olub və həyat yoldaşını namus üstündə öldürdüyünü bildirib.

Ramin Qurbanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ramin Qurbanov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 98
avatar

Səlcuq Elçin

Oxşar yazılar