Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirli bilinən Elçin Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Tamella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Elçin Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il aprel ayında Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib.
Qəsəbə sakini Elçin Babayev ailə münaqişəsi zəminində həyat yoldaşına 8 bıçaq zərbəsi endirib. 3 övlad anası qonşuları tərəfindən xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.