Arktikada qaz kəmərlərinin çəkilməsində azərbaycanlı mütəxəssislər də iştirak edəcək
08 aprel 2014 20:20 (UTC +04:00)

Arktikada qaz kəmərlərinin çəkilməsində azərbaycanlı mütəxəssislər də iştirak edəcək

Artikada qaz kəmərlərinin çəkilməsində azərbaycanlı mütəxəssislərin təcrübəsindən və texnologiyalarından istifadə ediləcək. Bu işlər Moskvada keçirilən Arktika Sammiti çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu ilə Arktika Elmlər Akademiyası arasında imzalanan Memoranduma əsasən həyata keçiriləcək.

 

Bu barədə APA-ya açıqlamasında Kibernetika İnstitutunun direktoru Telman Əliyev məlumat verib.

 

O bildirib ki, Arktika Sammitində Azərbaycan əsas məruzəçi kimi iştirak edib və orada Arktikada təhlükəsizlik birinci növbəli problem kimi qeyd olunub. T. Əliyev qeyd edib ki, həmin sammit çərçivəsində Arktika Akademiyasına təhlükəsizliklə bağlı layihə təklif edilib: “Artikada seysmo-boru layihəsinin icrasına dair Arktika Elmlər Akademiyası ilə AMEA Kibernetika İnstitutu arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb. Arktikada bəzi layihələrin həyata keçirilməsində bizim nəzəri-tətbiqi təcrübəmizdən istifadə edilməsi planlaşdırılır. Arktikada çoxlu layihənin icrası nəzərdə tutulur ki, bunlardan biri də qaz kəmərinin çəkilməsidir. Arktika soyuq yer və seysmik regiondur. Qaz kəmərinin çəkilməsində vacib məsələ istismar təhlükəsizliyinin təmin edilməsidir. Arktikada təhlükəsizliyin qorunması üçün Kibernetika İnstitutu tərəfindən hazırlanan stansiyalardan orada istifadə olunacaq. Bununla da bizim işimizdən birbaşa istifadə ediləcək”.

 

T. Əliyev qeyd edib ki, yaxın müddətdə Arktika Elmlər Akademiyasının rəhbərliyi Azərbaycana gələcək və onlarla yeni layihələr barədə də danışılacaq. Onun sözlərinə görə, bu gün Arktika Rusiya və dünya üçün qlobal məsələdir: “Təhlükəsizlik məsələsi Arktikada birinci yerdə dayanır. Hər bir qəza çox baha başa gəlir. Ona görə də təhlükəsizliyin qorunması üçün bizim stansiyalarımızdan orada istifadə edilməsi planlaşdırılır. Belə bir böyük layihələrdə bizim təcrübə və texnologiyamızdan istifadə edilməsi bu işlərin əhəmiyyətini göstərir. Artıq texnologiyalarımızdan təkcə bizim obyektlər üçün deyil, həm də dünyanın müxtəlif qitələrində, Arktika kimi çətin iqlimli yerdə istifadə edilməsi nəzərdə tutulur”.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən çıxdı

Bakıda QƏZA: İşıqfor yerindən çıxdı

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40