Arif Əsgərovun yaxın qohumunun məhkəməsi davam edib
15 sentyabr 2017 12:52 (UTC +04:00)

Arif Əsgərovun yaxın qohumunun məhkəməsi davam edib

0

 

Azərbaycan Dövlət Dəmiryolları QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğlu Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Elşad Yusifov bildirib ki, Elnar Əsgərovun tapşırığı ilə iş üçün Moskvaya gedib: "Elnar məni və Emil Hüseynovu Moskvaya göndərmişdi. Dedi ki, bir iş var. Gedib onunla maraqlanacaqdıq. Biz də getdik və Səbuhi adlı şəxslə görüşdük. Elnara bildirdik ki, belə bir adam və iş var".

 

Şahid deyib ki, Moskvada tanıdığı Səbuhi adlı şəxsin Elnar Əsgərova külli miqdarda borcu olduğunu sonradan öyrənib.

 

Digər şahid isə Elmar Sadıqov olub.

 

Şahid qeyd edib ki, zərərçəkmişlərdən Namiq adlı şəxs onun qayınatasıdır:"Qayınatama 27 min manat borc vermişəm. Pulu qaytarmayıb. Qayınatam dedi ki, pulu Emil Hüseynova verib. İş görmək üçün almışdı. Bir aya qaytaracaqdı".

 

Məhkəmə sentaybrın 22-də davam edəcək.

 

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

 

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

 

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

 

E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

 

 

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

 

Cinayət işi materiallarına əsasən, E.Hüseynov bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb. E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

 

Qeyd edək ki, Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həns edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.

 

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.

 

Bu dələduzluq işlərində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanır. Arif Əsgərovun oğlunun isə ölkəni tərk etdiyi bildirirlir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar