Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS ÇM-in MTRŞ-ya şikayətləri əsasında məhkəmə prosesləri keçirilib. Lent.az-ın məlumata görə, məhkəmə şikayətlər üzrə bir qərar qəbul edib. Qərara əsasən, radionun şikayətləri təmin edilməyib və Səbail rayon Məhkəməsinin qərarları qüvvəsində saxlanılıb.
Qeyd edək ki, MTRŞ radionun cərimə olunması ilə bağlı bir neçə qərar qəbul edib. Həmin qərarlarla razılaşmayan radio Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə radionun iddialarını təmin etmədiyindən apellyasiya şikayətləri verilib.