ANS-in şikayəti təmin olunmadı
15 mart 2016 12:40 (UTC +04:00)

ANS-in şikayəti təmin olunmadı

 

 

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın xəbərinə görə, Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesin qərarına əsasən ANS-in şikayəti təmin olunmayıb.

 

Qeyd edək ki, MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmov keçən il 12/20 sayı inzibati tənbeh verən haqqında qərar çıxarıb. Həmin qərardan ANS Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin qərarı ləğv edərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün Milli Televiziya və Radio Şurasına göndərib. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Səlcuq Elçin

Oxşar yazılar