ANS-in MTRŞ-ya qarşı verdiyi 26 şikayəti təmin edilməyib
28 aprel 2016 10:48 (UTC +04:00)

ANS-in MTRŞ-ya qarşı verdiyi 26 şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb. ANS-in apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, məhkəmə ANS-in MTRŞ-ya qarşı verdiyi iyirmi altı apellyasiya şikayətini təmin etməyib.

 

 

Qeyd edək ki, MTRŞ ötən ilin dekabrında ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar ANS Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 min manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsi ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxıb. Məhkəmə işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərarlar qəbul edib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub. Bundan sonra ANS yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın qərarlarını qüvvədə saxlayıb. Qərardan narazı qalan ANS apellyasiya şikayəti verib. Xatırladaq ki, daha əvvəl Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya qarşı verilmiş apellyasiya şikayəti üzrə doqquz məhkəmə iclasına baxılıb. Həmin iclaslarda da birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. ANS-in apellyasiya şikayətləri təmin edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Səlcuq Elçin

Oxşar yazılar