ANS-in MTRŞ-ya qarşı şikayətləri təmin edilmədi
26 aprel 2016 13:13 (UTC +04:00)

ANS-in MTRŞ-ya qarşı şikayətləri təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya qarşı apellyasiya şikayəti üzrə iki məhkəmə  prosesi başa çatıb.

Lent.az xəbər verir ki,  keçirilən proseslərdə qərarlar elan olunub. Hakimlər kollegiyasının qərarlarına əsasən, ,ANS-in apellyasiya şikayətləri təmin edilməyib.

 

 

 

Qeyd edək ki, MTRŞ ötən ilin dekabrında ANS-in Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar ANS-ə 161 min manat məbləğində cərimələyib.

Səbail Rayon Məhkəməsi ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxıb. Məhkəmə işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərarlar qəbul edib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub. Qərardan narazı qalan ANS apellyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Səlcuq Elçin

Oxşar yazılar