MTRŞ rəsmisi: "İstəsəydik, ANS-in yayımını dayandıra bilərdik” - YENİLƏNİB
12 noyabr 2015 18:46 (UTC +04:00)

MTRŞ rəsmisi: "İstəsəydik, ANS-in yayımını dayandıra bilərdik” - YENİLƏNİB

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in Milli Televiziya və Radio Teleradio Şurasına (MTRŞ) qarşı iddia üzrə şikayətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə,  hakim Nurəddin Musatafayevin sədrliyilə keçirilən prosesdə ANS-in nümayəndəsi Sevda Məhərrəmova çıxış edib. O, çıxışında qərarın qəbulunun bir sıra qanun pozuntuları ilə müşayiət olunduğunu deyib: "Burada Mülki Prosessual Məcəllənin tələbləri pozulub. Teleradio şurasının sədri verilişin dayandırılması barədə qərar verib ki, bunun özü də qanun pozuntusudur. Çünki bu cür qərarlar təkbaşına verilə bilməz, kollegial şəkildə qəbul olunmalıdır. Qərarda "Salam Azərbaycan" proqramının konkret hansı pozuntulara görə dayandırıldığı öz əksini tapmayıb. Həmçinin, teleradio şurası iddia edir ki, verilişdə şərəf və ləyaqətin pozulması hallarına yol verilib. Amma konkret kimin şərəf və ləyaqətinin alçaldıldığı göstərilmir".

 

ANS-in vəkili Muxtar Mustafayev bildirib ki, məhkəmə istənilən halda bu qərarı ləğv etməlidir, çünki qərar qanunsuzdur: "Teleradio Şurasının qərarında kimin şərəf və ləyaqətinin alçaldılması konkret göstərilməyib".

 

Teleradio Şurasının nümayəndəsi Nemət Cavadov bildirib ki, ANS ilk növbədə "Reklam haqqında" qanunu pozub: "Bu qanunda göstərilib ki, sponsorlar haqqında məlumatlar iki dəqiqəni keçməməlidir. 24 sentyabr 2015-ci ildə "Salam Azərbaycan" verilişində 4 dəqiqə, 25 sentyabrda 3 dəqiqə, 26 sentyabrda 3 dəqiqə, 28 sentyabrda 3 dəqiqə, 30 sentyabrda 4 dəqiqə sponsor reklamı verilib. Bu da qanun pozuntusudur. Eləcə də 5 oktyabr qərarımızdan sonra ANS telekanalı qərəz nümayiş etdirərək, milli geyimlərlə bağlı verilişdə XIX əsr Azərbaycan kişisi ilə Nuşirəvan Məhərrəmlini müqayisə edib. Hiyə Mirşahinlə, Vahid Mustafayevlə yox, Nuşirəvan Məhərrəmli ilə müqayisə edirsiniz? Musiqi verilişində Nizami Gəncəvinin şeirinin sözlərini dəyişərək, "nuşirəvan rep oxuyur bayquşa" kimi ifadələr səsləndirilib. Bu qərəz nə deməkdir? Əslində, biz humanizm nümayiş etdirərək, "Salam Azərbaycan" verilişinin yayımını 10 günlük dayandırdıq. Biz istəsəydik, ümumiyyətlə, ANS-in yayımını dayandıra bilərdik”.

 

 

Məhkəmədə çarpaz ifadələr, yeni sual-cavab mərhələsinə keçirilib. ANS-nin nümayəndəsi MTRŞ-ın nümayəndəsinə saul verib.

 

- Milli geyimdə olan şəxsləri Nuşirəvan Məhərrəmli ilə müqayisə eləmək olmaz?

 

- Olar. Amma elə Mirşahinlə müqayisə edəydiniz də. Elə ona görə də bunu qəbul eləmirik.

 

Muxtar Mustafayev bildirib ki, ANS-in şikayəti təmin olunmasa, bu işi Avropa Məhkəməsi müstəvinə çıxarmaq niyyətindədirlər.

 

ANS-nin digər nümayəndəsi Sevda Məhərrəmova çıxış edib: “Nuşirəvan müəllim şərəf və ləyaqətinin pozulduğunu hesab edirsə, özü mülki qaydada məhkəməyə müraciət edə bilərdi”.

 

 

**

18:02

Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Yayım və Media Şirkəti"nin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə şikayətə başlayıb. Lent.az-ın məlumatına görə, hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən prosesdə ANS-in iddiası təmin edilməyib.

 

Qeyd edək ki, MTRŞ bir müddət əvvəl "ANS" televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğu iddiası ilə bu verilişin yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

 

"ANS Yayım və Media Şirkəti" MTRŞ-nı məhkəməyə verərək qərarın ləğv edilməsi ilə bağlı tələb irəli sürmüşdü. Məhkəmə qərarı təmin etməyib. Qərarla razılaşmayan ANS apellyasiya şikayəti verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15